İran Prezident Məsud Pezeşkianın İsrailin hücumu nəticəsində yaralandığını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran hökumətinin İnformasiya Şurasının katibi Məhəmməd Qolzari danışıb.
O bildirib ki, hücum iyunun 15-də yüksək səviyyəli hökumət rəsmilərinin iştirak etdiyi toplantı zamanı baş verib.
“Prezident Məsud Pezeşkian hücum zamanı yüngül xəsarət alıb. Hadisə İsrailin 12 günlük müharibəsi zamanı baş verib. Bu, Ali Milli Təhlükəsizlik Şurasının iclasına təsadüf edib”, – deyə Qolzari qeyd edib.
Xatırladaq ki, bundan əvvəl “Fars” xəbər agentliyi Məsud Pezeşkianın yaralandığına dair məlumat yaymışdı. Ardınca ABŞ kəşfiyyatı da bunu təsdiqləmişdi.
Əliyar Xəlil
Globalinfo.az