“Milli Məclisin son plenar iclasında müəllimlər üçün sertifikatlaşdırma imtahanlarının sayının azaldılmasını və bu məsələdə diferensial yanaşmanın tətbiqini təklif etdim”.
Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.
Vüqar Bayramov
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir:
“Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu, müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi hesab edilməsin”.
Zaira Akifqızı
Globalinfo.az