MC999hC999mmC999d Baqer Qalibaf

Suriya və Venesuelada yaşananlar İranda baş verməyəcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

“İran nə lideri (Bəşər Əsəd – red.) ölkəni qoyub qaçan Suriya, nə də zor gücü (Nikolas Maduronun həbsi – red.) ilə təslim olmağa məcbur edilən Venesueladır”, – Qalibaf bildirib.

Onun sözlərinə görə, dinə bağlı ölkəni məğlub etmək mümkün deyil:

“Düşmənin (ABŞ-İsrail – red.) bizə üçüncü dəfə hücum etməməsi üçün onları peşman etməliyik. Yeganə təhlükəsizlik zəmanətimiz budur”.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib.

Paylaş: