İran İraqın şimalındakı kürd silahlı qruplaşmalarının mövqelərinə hava zərbələri edirib.
Globalinfo.az xəbər verir ki, hücumlar nəticəsində Ərbil və Süleymaniyyə vilayətlərində güclü partlayışlar baş verib.
Məlumata əsasən, Süleymaniyyədə İranın pilotsuz uçuş aparatları sursat anbarlarını hədəf alıb və bu da ardıcıl partlayışlara səbəb olub.
Hadisə ilə bağlı itkilər və dağıntıların miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb. İran və İraq rəsmiləri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.
Tahir Turan
Globalinfo.az