İran İraqa hava zərbələri endirdi: ölənlər var

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın şimalındakı Ərbil şəhərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub.

Globalinfo.az bildirir ki, bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.

Qurbanlar arasında ABŞ hərbçiləri və ya koalisiya qüvvələrinin olmadığı qeyd edilir. Eyni zamanda koalisiya qüvvələri Ərbil hava limanı yaxınlığında 3 pilotsuz təyyarəni vurub.