Ermənistan İranla Araz çayı üzərində birləşir

İran və Ermənistan arasında Araz çayı üzərində yeni körpünün tikilməsi planlaşdırılır. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristin Qaleçyan məlumat yayıb.

Hesablamalar və planlaşdırmadan sonra körpünün tikintisinə 2024-cü ildə başlayacağı nəzərdə tutulub.

Sözügedən layihə iki ölkə arasında mövcud olan körpünün ağırlığa davamlılığının yetərli olmadığı səbəbindən həyata keçirilib.

Əliyar Xəlil
Globalinfo.az