9 3

İran ABŞ-ın Küveytdə yerləşən hərbi obyektlərinə və infrastrukturuna zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, hücumlar zamanı İraq sərhədi yaxınlığındakı Küveyt gömrük məntəqəsi, elektrik stansiyası, həmçinin ABŞ ordusunun istifadə etdiyi hərbi obyektlər hədəfə alınıb.

İddialarda bildirilir ki, zərbələr nəticəsində ABŞ-nin Kemp Bührinq (Camp Buehring) bazasında yerləşən yaşayış konteynerləri və telekommunikasiya qülləsinə ciddi ziyan dəyib.

Yayılan peyk görüntülərinin də bu dağıntıları əks etdirdiyi irəli sürülür.

Tahir Turan
Globalinfo.az

Paylaş: