İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell ilə telefonda danışıb.
Globalinfo.azxəbər verir ki, İran Avropa Birliyindən gərginliyi dayandırmaq üçün İsrailə təzyiq göstərməyi tələb edib.
Bildirilib ki, Avropa İttifaqı İsraili Yaxın Şərqdə gərginliyin daha da artmasından əl çəkməyə məcbur etməlidir.
Baqiri Kani beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə öz öhdəliklərinə uyğun olaraq Avropa İttifaqının İsrailə təzyiq göstərməli olduğunu vurğulayıb. Əks halda bu rejimin cinayətlərinin davam edəcəyini diqqətə çatdırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az