abs iran 3 900x506 1

ABŞ Yaxın Şərqdə yerləşdirilmiş 50 min amerikalı hərbçini İranın geniş raket arsenalından qorumaqda çətinlik çəkir”.

 Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.

Məlumata görə, İranın ballistik raketi İordaniyadakı ABŞ hərbi bazasının yaşayış blokuna düşüb.

“Hücum nəticəsində azı iki amerikalı hərbçi həlak olub. Üç raket ABŞ-ın hava hücumundan müdafiə sistemini yararaq hədəfə çatıb”, – deyə bildirilib.

WSJ yazır ki, bu hadisələr ABŞ-ın Yaxın Şərqdəki 50 min hərbçisini İranın raket və pilotsuz uçuş aparatlarından etibarlı şəkildə qorumaqda üzləşdiyi çətinlikləri göstərir.

Bundan əvvəl İran ordusunun Küveytdəki ABŞ bazasında yerləşən HIMARS raket sistemlərinə zərbələr endirdiyi bildirilmişdi. Həmçinin İranın Yaxın Şərqin üç ölkəsində yerləşən ABŞ obyektlərini hədəfə aldığı iddia olunurdu. Məlumatlara əsasən, İran hərbçiləri İordaniyadakı Muvaffaq Salti aviabazasına, Səudiyyə Ərəbistanının Əl-Xarc şəhərində yerləşən Prince Sultan Hərbi Hava Qüvvələri bazasına və Küveytdəki silah anbarlarına zərbələr endirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: