“Ayfon 15”-də daha bir problem: avtomobildə…

Yeni təqdim olunmuş “Ayfon 15” seriyalı smartfonları avtomobildə şarj etmək mümkün deyil. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb “Ayfon 15”, “Ayfon 15 Plus”, “Ayfon 15 Pro” və “Ayfon 15 Pro Max”da NFC çipləri bəzi avtomobillərdə quraşdırılmış simsiz şarj cihazlarından istifadə edərkən zədələnmə ehtimalıdır.

Bildirilir ki, problem bəzi son model BMW və Toyota Supra avtomobillərində müşahidə olunub. Şirkətə görə, bu avtomobillərdə simsiz enerji doldurmanın istifadəsi nəticəsində yaranan NFC çipindəki nasazlıqlar müvəqqəti xarakter daşıyır. Lakin bu nasazlığın səbəbi açıqlanmır.

Apple bu problemi 2023-cü ilin sonuna qədər proqram yeniləməsi ilə həll edəcəyini vəd edir. Bu vaxta qədər şirkət sözügedən avtomobillərin sahiblərinə quraşdırılmış şarj cihazları olan “Ayfon 15” seriyalı smartfonlardan istifadə etməyi tövsiyə etmir.

Artıq bu problemlə qarşılaşmış istifadəçilər üçün “Apple” ən yaxın səlahiyyətli xidmət mərkəzi ilə əlaqə saxlamağı tövsiyə edir.