İlham Əliyev: “Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır.

Globalinfo.az bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir.

“Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”, – Prezident İlham Əliyev qeyd edib.