FILES QATAR US IRAQ UDEID AIR BASE vzuri2e9 3

Hörmüz boğazı İranın sərhədlərini pozanlar istisna olmaqla, hər kəs üçün açıqdır. 

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün “X” hesabında yazıb.

“Hörmüz boğazı hər kəs üçün açıqdır. Yalnız İranın ərazisinə soxulanlar istisnadır”, – o qeyd edib.

Xatırladaq ki, fevralın 28-də İsrailABŞ İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbə altına İranın bütün iri şəhərləri, o cümlədən də Tehran düşüb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum etməklə genişmiqyaslı cavab əməliyyatını elan edib. İsraillə yanaşı, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı da hücuma məruz qalıb. Martın 2-də isə SEPAH-ın general-mayoru İbrahim Cabbari Hörmüz boğazının İsrail və ABŞ-ın hərbi əməliyyatları səbəbindən neft gəmilərinin keçidi üçün bağlandığını elan edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: