cn

Kəlbəcərdə sosial həyatın bərpası və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı yeni mərhələyə qədəm qoyub. Dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, yaradılan müasir infrastruktur və sosial xidmətlərin təşkili rayonun dirçəlişinə mühüm töhfə verir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, rayonda fəaliyyət göstərən DOST məntəqəsi vasitəsilə vətəndaşlara “bir pəncərə” prinsipi ilə xidmət göstərilir.

Bu məntəqədə çalışan əməkdaşlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın qardaşı Coşqun Cəlil oğlu Nəsiblidir.

O və ailəsi Kəlbəcərə ilk köç edənlərdən biridir. Onlara yeni mənzilin açarı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim olunub.

    Coşqun Nəsibli doğma yurdda xidmət göstərməyin, kəlbəcərlilərə xidmət etməyin onun üçün şərəfli, qürurlu olduğunu qeyd edib.

    Paylaş: