Hərbçimiz qəzada həlak oldu – FOTO

Müdafiə Nazirliyi oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlunun vəfat etdiyini təsdiqləyib.

Bu barədə Globalinfo.az-a nazirlikdən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Mərhum doğuluğu Şabran rayonunda dəfn olunacaq.

***17:37

Azərbaycan Ordusunun hərbçisi Ziya Baba oğlu Babayev avtomobil qəzasında həlak olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Füzuli rayonunda qeydə alınıb.

Mərhum doğuluğu Şabran rayonunda dəfn olunacaq.