Ermənistan ordusunda xidmət edən hərbçinin meyiti tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Müdafiə Nazirliyinin hərbi hissələrindən birində güllə yarası alan erməni hərbçi Edqar Aleksanyanın güllə yarası almış meyiti aşkarlanıb.
“Meyit döyüş mövqeyində aşkar edilib. İlkin məlumatlara görə, E.Aleksanyan intihar edib”, – Ermənistan İstintaq Komitəsinin yaydığı açıqlamada bildirilib.
Onun ölümünün hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün araşdırma aparılır.