HƏMAS İsraillə danışıqları dayandırıb? – YENİLƏNDİ

haniyeyi hemas

HƏMAS hərəkatın Qəzzada danışıqlara son qoymaq qərarına dair xəbərləri təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi İzzat ər-Rişq teleqram kanalında bildirib.

“Bəzi KİV-lər tərəfindən HƏMAS-ın Xan Yunis yaxınlığında İsrail qüvvələrinin hücumuna cavab olaraq danışıqları dayandırmaq qərarı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”, – rəsmi nümayəndə deyib.

***12:30

HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bu qərarın İsrailin tutduğu barışmaz mövqeyə görə verildiyi bildirilib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.