Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı rəqibi Donald Trampa koqnitiv qabiliyyət testindən keçməyi təklif edib.
Globalinfo.az xəbər verir ki, Harris bu barədə “CBS” telekanalına müsahibəsində deyib.
O, özünün də bu cür testdən keçəcəyini vurğulayıb.
“Tramp getdikcə daha çox qeyri-sabit rəftar edir və şifahi təhqirlərə əl atır. Çünki onun Amerika xalqı ilə bağlı heç bir planı yoxdur”, – Harris bildirib.
Vitse-prezident son həftələrdə Trampla yaxından əməkdaşlıq edən şəxslərin onun ABŞ prezidentliyi postuna yararsız olduğunu demələrini sübut kimi göstərib.
Müşviq Tofiqoğlu
Globalinfo.az