Hakan Fidan Aİ-ni ikili standartlara görə tənqid etdi

Hakan Fidan Aİ-ni ikili standartlara görə tənqid etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının İsrail və Fələstin münaqişəsinin həllində yürütdüyü ikili standartlar siyasətini tənqid edib.

Globalinfo.az xəbər verir ki, bunu diplomat Berlində Almaniya Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən “Aİ-nin genişlənməsi və islahatları” mövzusundakı qapalı iclasında bildirib.

“Əgər Aİ həqiqətən də qlobal oyunçu olmaq istəyirsə, təşkilatın genişlənməsinə strateji məsələ kimi yanaşmalıdır. Aİ ölkələrində Fələstinə dəstək aksiyalarının qarşısının alınması ikili standartlar siyasətinin təzahürüdür”, – deyə nazir əlavə edib.