Hacıqabulda avtomobil aşdı: ölən və yaralananlar var

Hacıqabulda baş verən yol qəzasında yaralanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, yol qəzasında ağır xəsarətlər alan 2003-cü il təvəllüdlü Fərhad Ədalət oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabulda avtomobil aşıb, dörd nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində Sabirabad rayon sakinləri, 2003-cü il təvəllüdlü Fərhad Ədalət oğlu Quliyev, Həsən Arif oğlu Rəhimov, 2000-ci il təvəllüdlü Rəşid Rəşad oğlu Abdullazadə və 2005-ci il təvəllüdlü Amin Vasif oğlu Gülməmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.