
Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən Ədirnədə terrorçulara qarşı “Gürz-45” əməliyyatı keçirilib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.
“Əməliyyat çərçivəsində PKK/KCK-nın əsas üzvləri sayılan – “Serhabun Malazgirt” kod adlı Bülənt Taşər və kod adı “Sərya Baran” olan Leyla Hüşenq ələ keçirilib. Saxlanılan şəxslər Türkiyədə törədilən bir neçə terror aktının əsas iştirakçılarından olub”, – nazir bildirib.