NATO uzun illər Gürcüstan və Ukraynaya alyansa üzvlüklə bağlı vədlər versə də, əslində bunu planlaşdırmayıb.
Globalinfo.az xəbər verir ki, bunu hakim Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, NATO illərdir hər iki ölkəyə alyansın qapılarının açıq olduğunu desə də, hazırda bunun mümkün olmadığını Qərb ölkələri də açıq şəkildə etiraf edirlər.
Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədr müavini Tornike Paqava isə bildirib ki, əgər NATO ölkəni üzvlüyə qəbul etməkdən qəti şəkildə imtina edərsə, Tbilisi çoxşaxəli xarici siyasət yürütməli olacaq.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın Böyük Britaniyadakı səfiri, keçmiş baş komandan Valeri Zalujnı də Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı vədləri “nağıl” adlandırıb.
Aysel Əliyeva
Globalinfo.az