Goranboydakı dəhşətli qəzanın detalları bəlli oldu

“VAZ-21099” və “Geely” markalı avtomobil toqquşması nəticəsində həyatını itirən şəxsin Samux rayonu Sərkar kənd sakini, 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu olduğu bildirilib.

APA-nın məlumatına görə, xəsarət alan Samux rayon sakinləri “VAZ 21099”-un sürücüsü 1966-cı il təvəllüdlü Dünyamalı Məmmədov Ələs oğlu, 1984-cü il təvəllüdlü Rəhimli İlhamə Albert qızı, 2005-ci il təvəllüdlü Rəhimli Bibixanım Pərviz qızı, Goranboy sakinləri 1977-ci il təvəllüdlü İlqar Zeynalov, 1982-ci il təvəllüdlü Günel Zeynalova, 2008-ci il təvəllüdlü Nizami Qəribov, 2006-cı il təvəllüdlü Aysu Zeynalova xəstəxanaya yerləşdiriliblər.

***15:54

Goranboy rayonunun Səfıkürd kəndində iki minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan kişi hadisə yerində aldığı xəsarətdən dünyasını dəyişib.

Daha yeddi nəfər Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.