Gömrük postlarımızda neçə yük maşını gözləyir? – AYNA açıqladı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.

AYNA-dan Globalinfo.az-a verilən xəbərə görə, bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 123, “Biləsuvar” gömrük postunda 90, “Qırmızı Körpü” gömrük postunda 1390, “Mazımqara” gömrük postunda 32, “Samur” gömrük postunda 95 və “Xanoba” gömrük postunda 15 yük maşını var.

AYNA gömrük postunda gözləyən yük avtomobillərinin sayını açıqlayıb