Türkiyəyə humanitar yardımların göndərilməsi davam edir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün bu gün Gəncədə növbəti yardım karvanları yola salınıb. Yardımlar Gəncə şəhəri, Qəbələ, Ağsu, Goranboy, Şəmkir rayonlarından toplanıb. Qardaş Türkiyəyə yola salınan yardımlar əsasən qida, geyim, dərman, uşaq bezi, su, generatorlar, istilik lampaları, yataq dəstlərindən ibarət olub.
