Gəncədə qaz balonu partladı: yaralanan var

Yangin partlayis

Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A. Ələkbərovdur.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.