Gəncədə 3 nəfər suşidən zəhərlənib

Gəncədə 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Onlara ilkin tibbi yardım edilib və ambulator müalicə üçün evə buraxılıb.

Mənbənin məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən şəxslər qohumdurlar və onların birlikdə suşi yedikləri bildirilir.