“Gənc Mütəxəssislərin Peşə Ustalığı” yarışları başa çatdı – FOTOLAR

gcb

“Azərişıq” ASC-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş elektroenergetika sahəsində “Gənc Mütəxəssislərin Peşə Ustalığı”​ yarışları 2-ci günündə Qarabağın daha bir gözəl guşəsi olan Hadrut qəsəbəsində davam edib.

Globalinfo.az xəbər verir ki, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin Təlim-Məşq Poliqonunda əvvəlcə Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC-nin  işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər haqqında qısametrajlı filmi təqdim olunub.

Daha sonra yarışlara start verilib. 13 komanda – “Qız qalası”, “Şirvanşahlar”, “Odlar yurdu”, “Naxçıvan”, “Qarabağ”, “Aran”, “Şimal-qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Cənub” 4 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə sınayıblar.

Həmçinin oxuyun:

Prezident Cəbrayılda açılışda çıxış etdi – MƏTN / VİDEO

Final mərhələsinə yüksələn “Qarabağ”, “Cənub”, “Naxçıvan” və “Mərkəzi Aran” komandalarının hər biri verilən iki tapşırığı qısa vaxtda ən doğru şəkildə yerinə yetirməyə çalışıblar.

Günün yekunlarına əsasən “Qarabağ” komandası birinci, “Mərkəzi Aran” ikinci, “Cənub” komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.

Qeyd edək ki, “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.

1cd0f428 ea70 42fe 95e5 6d4304ead89d
5c1ce25a 8d39 41d1 9a2c 08c70137fb94
077c38cf ec7a 476d 8916 4cd9e16e8648
5643b807 0e21 430b 90f2 f209c817ee63
34693288 fc16 4a32 8846 5c6c19811d7e
a4fffdda 7089 4fdb 945b dbacb7ebf2ba
d2b500c5 a741 42c8 8ae8 55b6f6d0967e
d2b0593d e4f7 4843 850b ec6bbf8c9e61