fuzuli

Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.

Globalinfo.az bildirir, APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər – 1977-ci il təvəllüdlü Bayram Hətəmov və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vüsal Hətəmli dəm qazından boğulublar.

    Faktla bağlı araşdırma aparılır.

    Paylaş: