İspaniyanın “Marca” nəşri futbol tarixinin ən yaxşı futbolçularının adlarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, siyahının birinci pilləsində Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun ulduz oyunçusu Lionel Messi yer alıb. L.Messi “Marca” nəşri tərəfindən mükafata layiq görülüb.
İkinci pillədə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı üzvü Kriştianu Ronaldo qərarlaşıb.
İlk “üçlük”də isə braziliyalı əfsanəvi hücumçu Pele var.
“Goal” nəşri isə 2000-ci ildən bəri ən yaxşı futbol transferlərinin reytinqini açıqlayıb.
Siyahıda birinci yeri 2003-cü ildə portuqaliyalı hücumçu Kriştianu Ronaldunun 12 milyon funt-sterlinqə İngiltərənin “Mançester Yunayted” klubuna transferi tutub.
İlk üçlüyə, həmçinin Ceymi Vardinin 1.7 milyon funt-sterlinqə İngiltərənin “Lester” klubuna və Samuel Eto’Onun 38.5 milyon funt-sterlinqə İtaliyanın “İnter” klubuna keçidi daxildir.
Dörd və beşinci yerlərdə isə N’Qolo Kante (“Lester”, “Çelsi”) və Riyad Marez (“Lester”) qərarlaşıb.
Siyahıda Zlatan İbrahimoviçin də adı yer alıb.
ABŞ-ın “Forbes” maliyyə-iqtisadi jurnalı ən çox qazanan futbolçuların siyahısını hazırlayıb.
Jurnalın reytinq siyahısına əsasən, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo dünyada 2024-cü ildə ən çox qazanan futbolçu olub. O, cari ildə 285 milyon dollar qazanıb.
İkinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi qərarlaşıb. Onun gəliri 135 milyon dollar olacaq.
İlk üçlüyü “Əl-Hilal”dan (110 milyon dollar) Neymar tamamlayır.
Dördüncü yerdə “Əl-İttihad”dan Kərim Benzema (104 milyon dollar), ilk beşliyi isə “Real Madrid”dən Kilian Mbappe (90 milyon dollar) tamamlayır.