Fransa-Ermənistan ittifaqı: Papikyan və Lekornu hərbi saziş imzaladı

Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş Papikyanın Fransaya səfəri çərçivəsində baş tutub.

Bildirilir ki, danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti müvafiq saziş imzalayıb.

Həmçinin Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib.

Qeyd edək ki, bu, iki nazirin son bir ildə ikinci görüşüdür. Əvvəlki görüş fevral ayında İrəvanda baş tutub.

Müşviq Tofiqoğlu
Globalinfo.az