Fox News: Bu, Putinin “böyük qələbəsi”dir

Fox News: Bu, Putinin "böyük qələbəsi"dir

“Ukrayna Silahlı Qüvvələrinin Avdiivkanı təslim etməsinə görə Qərb günahkardır”.

Globalinfo.az xəbər verir ki, bu bəyanatla Estoniyanın xarici işlər naziri Marqus Tsaxna çıxış edib.

O, Ukrayna Silahlı Qüvvələrinin Avdiivkanı təslim etməsinə görə məsuliyyəti Qərb ölkələrinin daşıdığını diqqətə çatdırıb.

Marqus Tsaxna əlavə edib ki, ABŞ və onun NATO-dakı müttəfiqləri Kiyevə silah-sursat tədarükünü azaltdığı üçün Ukrayna Silahlı Qüvvələri geri çəkilməyə məcbur olub. Bu səbəbdən də Avdiivka təslim edilib. Ona görə də, vəaiyyətin bu mərhələyə qədər gəlib çatmasında Qərb ölkələri günahkardır.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Avdiivkadakı mövqelərini tərk edib. “Tavriya” qrupunun komandiri Aleksandr Tarnavski bunu düzgün qərar adlandırıb. Daha öncə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski qoşunları Avdiivkadan çıxarmaq qərarına gəldiyini bildirmişdi.

“Fox News” telekanalı isə Ukrayna qoşunlarının Avdiivkadan çıxarılmasını Rusiya prezidenti Vladimir Putinin böyük qələbəsi adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az