Flora Kərimovadan Aygün Bəylərin ölümünə reaksiya

Xalq artisti Flora Kərimova Əməkdar artist Aygün Bəylərin ölümünü Azərbaycanın muğam sənəti üçün böyükl itki adlandırıb.

Globalinfo.az xəbər verir ki, Flora Kərimova bu barədə sosial şəbəkə hesabında yazıb.

“Aygünüm… Sənsizliyə ağlamaq, xiffətini çəkməkdəmi qədərim imiş?! Darıxacam qızım, səmimiyyətin üçün darıxacam, saflığın üçün darıxacam, kədərli gözlərin üçün darıxacam.

Sənin yoxluğuna inana bilmirəm. Rahat uyu. Öz nəğmələrin ruhunun laylası olsun! Səsində yaşayan ruhunu qucaqlayıb öpürəm”.

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.

Müğənni 6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edib.