Fırtınaqabağı səssizlik: İrəvanı gözləyən real təhlükə

“Paşinyan administrasiyası Rusiya Dumasının spikeri Vyaçeslav Volodinin İrəvanla bağlı son açıqlamasından Moskvanın ünvanına Qarabağla bağlı tənqidlərini artırmaq üçün istifadə edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq David Arutyunov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi Volodin vasitəsilə AB-nin regiondakı proseslərə müdaxiləsindən narazılığını ifadə edir və İrəvana təzyiq etməyə çalışır:

“Moskvanın reaksiyası hələlik dozalı xarakter daşıyır və müxtəlif bəyanatlar səviyyəsində qalır. Moskva hələ ki ciddi təzyiqlər tətbiq etmir. Xüsusilə iqtisadi rıçaqlardan yararlanmır. Görünür, Kreml bunu İrəvanla münasibətlərin kəskin pisləşməsindən qaçmaq, eləcə də regionda öz təsirinin zəifləməsi təhdidi ilə əlaqədar etmir”.

İlkin Həsənov
Globalinfo.az