317547 4k2y1nje7m

Tanınmış aparıcı Fira Cəlilova evinə basqın edildiyini bildirib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı açıqlamada isə həmin evdə gizlənən və istintaqdan yayınan bir nəfərin saxlanıldığı qeyd olunub. İddialara görə, o, aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirilib.

Axtarışda olan birini bilə-bilə evində gizlədən şəxsi hansı cəza gözləyir?

Globalinfo.az-a danışan hüquqşünas Rövşən Məmmədov deyib ki, cinayəti əvvəlcədən bilib gizlətmək və ya cinayət törətmiş şəxsi evində saxlamaq, bundan xəbərdar olmaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə tənzimlənir:

“Həmin maddədə cinayətin ağırlıq dərəcəsindən asılı olaraq məsuliyyət nəzərdə tutulur. Yəni söhbət ağır və ya xüsusilə ağır cinayətdən gedirsə, gizlətməyə görə tətbiq olunan cəza da fərqlənir. Məsələn, 307.1-ci maddəyə əsasən, 1500 manatdan 2500 manatadək cərimə və ya iki il yarımadək islah işləri cəzası nəzərdə tutulur. 307.2-ci maddəyə əsasən isə, ağır cinayətin əvvəlcədən bilə-bilə gizlədilməsi və ya həmin şəxsin evdə saxlanılması halında 3000 manatdan 5000 manatadək cərimə və ya üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: