Fidan ABŞ və Qərbə səsləndi: Dayandırın!

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ və Qərb ölkələrini İsraili dayandırmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bunu Qətərdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan əmirliyin rəsmiləri və HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşündə deyib.

“ABŞ və Qərb ölkələri Qəzzadakı münaqişənin bölgədə müharibəyə çevrilməsinin qarşısını alaraq İsraili dayandırmalıdır. Regional müharibə riski var. Görünən odur ki, Netanyahu hakimiyyətdə qalmaq üçün bölgəmizi müharibəyə sürükləməyə çalışır. Biz üçüncü ölkələrin bu regiona münaqişə gətirməsini istəmirik. ABŞ və Qərb ölkələri İsraili dayandırmalı  və münaqişənin genişlənməsinin qarşısını almalıdır”, – deyə Fidan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az