Fəlakət gecəsi: yüksək rütbəli erməni hərbçilər belə məhv oldu – FOTO

Sentyabrın 25-də Xankəndidə yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində ölənlərin arasında yüksək rütbəli erməni hərbçiləri də olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Neytral Zona” məlumat yayıb.

“Onlardan bəziləri hərbi hissənin komandir müavini, bəziləri peşəkar xüsusi təyinatlı, bir çoxu isə Azərbaycana qarşı başladılan işğalçı müharibədə iştirak edərək medallarla təltif olunanlardır”, – məlumatda bildirilib.

Xatırladaq ki, Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 200-dən çox erməni ölüb.