
“Son 7 ildə Azərbaycanda heç bir tekstil müəssisəsi açılmadı. Bunun səbəbi isə odur ki, gecə ilə gündüz qiymətləri tənzimlənmir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin sonuncu plenar iclasında səsləndirib.
Millət vəkili qeyd edib ki, iş sistemində gecə daha çox sərf edilən enerji xərcləri bu sahədə ciddi inkişafa nail olmağa imkan vermir.
Millət vəkilinin çıxışının videoformatını təqdim edirik:














