66afeb7a c8a6 3ab8 a5f6 b48e08419ace 850

“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində tarixi addım atılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda əldə etdiyi razılaşmanı şərh edərkən deyib.

Nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb: “Mən hər iki tərəfin, ABŞ rəhbərliyinin qətiyyətini və digər tərəfdaşların, o cümlədən Avropa İttifaqının ardıcıl səylərini alqışlayıram. Hazırda regionda davamlı sülhə yol açmaqla razılaşdırılmış bütün addımların tam və operativ şəkildə həyata keçirilməsi vacibdir”, – Marqus Tsaxna vurğulayıb.

Paylaş: