ukrayna esgerleri

Ukraynada hərbçilərin sağ qalması ilə bağlı mərc etməyə imkan verən çat-botları yaradılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın təhlükəsizlik strukturları iddia irəli sürüb.

Məlumata görə, Telegram kanalları və digər çatlarda fəaliyyət göstərdiyi deyilən botlar vasitəsilə istifadəçilər Ukrayna hərbçisinin sağ qalıb-qalmayacağı ilə bağlı mərc edə bilirlər.

Onlar bu platformaları “ölüm totalizatorları” adlandırırlar.

Rusiya təhlükəsizlik orqanının nümayəndəsinin sözlərinə görə, cəbhədə döyüşən hərbçilərlə yanaşı, saxlanılan və fərarilikdə ittiham olunan Ukrayna hərbçiləri barədə də mərc edilir.

Bildirilib ki,  guya saxlanılan fərarilərə qaçmaq imkanı verilir, bundan sonra isə onların ovuna başlanılır.

Qeyd edək ki, bu məlumatlar yalnız Rusiya tərəfinin açıqlamasına əsaslanır və hazırda onları təsdiqləyən etibarlı, müstəqil sübutlar təqdim olunmayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: