Əsgəranda yol qəzası: yaralanan var

yol qeza

Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yol qəzası qeydə alınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, “Körpü Bina Tikinti” MMC-yə məxsus “Shacman” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarətlər alıb, avtomobil yararsız hala düşüb.

O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.