huseyn esger 1

Əlverişsiz hava şəraitinə görə istiqaməti itirib Ermənistan ərazisinə keçən, orada əsir götürülərək işgəncələrə məruz qalan azərbaycanlı hərbçilərlə bağlı İrəvanda cinayət işi açılıb.

Globalinfo.az xəbər verir ki, Aqşin Bəbirov odlu silah və döyüş sursatı ilə qanunsuz şəkildə Ermənistanla sərhədi keçməkdə günahlandırılır.

14 apreldə saxlanılan və işgəncəyə məruz qalması ilə bağlı görüntüləri yayımlanan Hüseyn Axundova qarşı da odlu silah və döyüş sursatı ilə qanunsuz şəkildə Ermənistan sərhədini keçmək ittihamı irəli sürülüb.

Prokurorluğun məsələ ilə davamlı şəkildə hesabat verəcəyi bildirilib.

Qeyd edək ki, H.Axundov Ermənistan ictimaiyyəti tərəfindən Zəngəzurda 56 yaşlı mühafizəçinin ölümündə ittiham edilirdi və onun məhz bu maddə üzrə həbs ediləcəyi gözlənilirdi . Amma hələ ki irəli sürülən ittihamlar arasında analoji maddəyə rast gəlinmir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: