maxresdefault 1 3

Ermənistan rəhbərliyinin təbliğat xarakterli yalanları yeni səviyyəyə çatıb”.

Globalinfo.az “News.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Respublika Partiyasının bəyanatında qeyd olunur.

Bəyanatda hökumətin siyasi opponentlərə qarşı hüquq-mühafizə orqanlarından istifadə etməsi pislənilir və siyasi motivlərlə təqib olunan şəxslərə dəstək ifadə olunur.

Ermənistan Respublika Partiyası siyasi səbəblərlə təqib olunan həmvətənlərimizə dəstəyini bildirir, hüquq-mühafizə sistemindən siyasi rəqibləri susdurmaq üçün istifadə olunmasını qəti şəkildə pisləyir. Mövcud hökumətin dövlət əleyhinə fəaliyyəti nəticəsində ölkəmiz ağır vəziyyətə düşüb”, – deyə bəyanatda qeyd olunub.

Sənəddə həmçinin Baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq prosesinin yekunlaşdırılmasının zəruri olduğu və bunun üçün milli qüvvələrin birləşərək ümumxalq etirazı dalğası yaratmalı olduğu vurğulanır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: