Ermənistanda idarəolunmaz hadisələr yaşanacaq – Danielyan

“Ermənistanda küçə etirazlarının məğlubiyyəti və parlamentdəki müxalifətin alçaldılmasına görə mübarizə siyasi istiqamətini itirir”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Stepan Danielyan çıxış edib.

“Analoji situasiyada olmuş ölkələrin təcrübəsi göstərir ki, siyasi mübarizənin ictimaiyyətin düşüncəsində diskreditasiyası terrorizmi yaradır. Siyasi mübarizə mənasını itirəndə və ictimaiyyətdə bu hakimiyyətin xarici dairələrə işlədiyi hissi olanda terrora əl atılacaq. Əgər müxalifət heç nəyə çevrilirsə, o zaman idarəolunmaz hadisələr yaxınlaşır”, – o bildirib.

Qeyd edək ki, bundan öncə erməni və Rusiya KİV-lərində Rusiyanın Ermənistanda Paşinyana qarşı hərbi müdaxilə hazırladığına dair iddialar tirajlanıb.

Əliyar Xəlil
Globalinfo.az