Ermənistanda hərbi hissə komandirinin müavini saxlanıldı

Ermənistanda hərbi hissə komandirinin müavini rüşvət ittihamı ilə saxlanılıb.

Globalinfo.az  erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birinin komandir müavini ilə yanaşı daha üç nəfər rüşvət almaqda və verməkdə ittiham olunurlar.

Belə ki, saxlanılan 3 nəfərdən biri vətəndaşdan 695 min dram (təxminən 1750 ABŞ dolları) alaraq, onun qohumu olan çağırışçı əsgərə sürücü kimi təyinat verilməsində kömək edib. Rüşvətin alınması üçün danışıqlar digər iki şəxs vasitəsilə aparılıb.

Cinayə Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.