
Ermənistanda içərisində hərbçilər olan avtomobil aşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.
Məlumata görə, Ermənistanın Qeqarkunik rayonunda baş verən bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bildirilir ki, “Dodge Caliber” markalı avtomobil qeyri-müəyyən şəraitdə yoldan çıxıb və qayalara çırpılıb. Bundan sonra avtomobil bir neçə dəfə aşıb.
Sürücü yerindəcə keçinib, sərnişinlər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Əliyar Xəlil