Araikin qardaşı da saxlanıla bilər – SƏBƏB

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanın həbs olunması ilə nəticələnən silahlı mübahisədə qondarma rejimin keçmiş “lideri” Araik Arutyunyanın qardaşı da iştirak edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Kotrayk əyalətinin Aramus kəndidə yerləşən restoranların birində yaşanan mübahisə zamanı T.Xaçatryan şəxsi silahından atəş açıb, nəticədə restorandakı müştərilərdən biri yaralanıb. O, hadisə yerindən qaçıb, daha sonra polis tərəfindən saxlanılıb.

Məlumata görə, on nəfərə yaxın şəxsin iştirak etdiyi həmin davada hazırda Bakıda istintaq təcridxanasında saxlanılan erməni terrorçu Araik Arutyunyanın qardaşı da olub.

Qeyd edək ki, T.Xaçatryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ayşən Mustafa
Globalinfo.az