İrəvan rus qoşunlarının yerini onlarla doldurur – Açıqlandı

Ermənistan “Zvartnots” və “Baqrataşen” sərhəd-buraxılış məntəqələrində işləmək üçün zabit qəbulu elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları məlumat yayıb.

Bildirilib ki, yaşı 30-a qədər olan qadın və kişilər qəbul üçün müraciət edə bilər.

Qeyd edək ki, avqustun 1-dən “Zvartnots” hava limanından rus sərhədçiləri çıxarılacaq.