serhed ela son 900x600 1

“Azərbaycan-Ermənistan sərhədinin bütünlüklə 1976-cı il xəritələri əsasında müəyyən ediləcəyi dəqiq deyil”.

Bu sözləri Globalinfo.az-a fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib.

O bildirib ki, burada Sovet İttifaqının dağılmamasına qədərki dövr əsas götürülür:

“SSRİ-nin topoqrafik xəritələri 1980-ci illərə qədər müəyyənləşmişdi, lakin hələlik Qazax, Tovuz və Tavuşu əlaqələndirən hissə sözügedən xəritəyə əsaslanacaq. 1976-cı il xəritəsinin bütün ərazilərə aid ediləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Bu prosesdə 1930-cu illərin, yaxud digər bir neçə xəritəyə əsaslana bilərlər”.

Siyasi şərhçinin sözlərinə görə, sülh müqaviləsinin imzalanması Ermənistan hakimiyyətinin revanşist qüvvələrə və müxalifətə qarşı nə dərəcədə dayanıqlılıq göstərməsindən asılıdır:

“Ermənistanda ciddi təlatümlər var. Dini qüvvələr Paşinyan hökumətinə qarşı çıxır. Payıza qədər sərhəd məsələlərinin həll edilməsinə ümid edirik. Çünki bir neçə ay ərzində Ermənistanda hansı proseslərin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Hətta orada terror aktlarının olması da istisna edilmir. Sərhədlərin delimitasiya və demarkasiyasının Azərbaycanın şərtləri əsasında getməsi Ermənistanda revanşist qrupları narahat edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: