“Putin mühakimə oluna bilər” – Antonov

“Rusiyanın Cinayət Prosessual Məcəlləsinin 141-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, mən Putinin törətdiyi cinayət haqqında bəyanat göndərirəm”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Komitet-2024” assosiasiyasının sədri Sergey Antonov öz Teleqram kanalında yazıb:

“Rusiya vətəndaşı Putin prezident kimi çıxış edərək amerikalı jurnalist Karlsona müsahibə verib. Orada nasizmin reabilitasiyasına yönələn məlumatlar yayıb. Xüsusilə, vətəndaş Putin deyib ki, polyaklar öz hərəkətləri ilə Hitleri II Dünya Müharibəsini başlamağa məcbur etdilər. Müharibə niyə 1939-cu il sentyabrın 1-də, məhz Polşadan başladı? Çünki polyaklar dözülməz idilər və Hitlerin Polşa ilə müharibəyə başlamaqdan başqa heç bir seçimi qalmadı”.

Sergey Antonov fikirlərini belə davam etdirib:

“Hesab edirəm ki, vətəndaş Putinin hərəkətlərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 2-ci hissəsinin a və c bəndlərində (öz vəzifə səlahiyyətlərindən istifadə edən şəxs tərəfindən nasizmin reabilitasiyasının həyata keçirilməsi) var. Xahiş edirəm ki, onun barəsində qanunla müəyyən edilən müddətdə istintaqa hazırlıq aparılsın və vətəndaş Putin cinayət məsuliyyətinə cəlb edilsin”, – deyə Antonovun bəyanatında bildirilir.

Əliyar Xəlil
Globalinfo.az