nato rusiya cnubi qafqaz

Ermənistan artıq anti-Rusiya və anti-İran plasdarmına çevrilib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Arman Qukasyan çıxış edib.

“Mənə şəxsən ölkəyə görə məsuliyyət daşıyan şəxslərin mövqeyi çox maraqlıdır. Bizim hakimiyyət bir neçə ay əvvəl Əliyevlə Almaatı bəyanatı əsasında Praqa sənədini imzaladı. Bu, yumşaq desək, Ermənistan rəhbərliyi və şəxsən Nikol Paşinyan tərəfindən atılmış yanlış addım idi. Strateji baxımdan isə bizim üçün böyük səhv idi”, – o bildirib.

Qukasyan hökumətin bilərəkdən ölkə daxilində NATO ilə bağlı manipulyasiyaya yol verdiyini deyib:

“Türkiyənin tezliklə NATO-dan çıxacağı, yerinə Ermənistanın üzv olmasını istəyəcəkləri ilə bağlı xəbərlər yayılır. Birincisi, Türkiyə dəfələrlə deyib ki, belə məsələ gündəlikdə yoxdur və o, heç vaxt buna getməyəcək. Xatırlatmaq istəyirəm ki, NATO-ya can atan Gürcüstan və Ukraynanı bura götürməyiblər. Ermənistan onlardan heç də yüksək deyil. Bizi oraya dəqiq götürməyəcəklər. İkincisi isə bu təşkilat heç vaxt Ermənistanın sərhədlərini 102-ci baza ilə birgə qorumağa gəlməyəcək. Ən azından ona görə ki, sərhədin o tərəfindəki Türkiyə NATO üzvüdür. Qərbə güclü Türkiyə lazımdır”.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: